Slavço Georgiyevski “Xəzər Lənkəran”a keçməyə razıdır
09.04.2013 - 15:09
Slavço Georgiyevski “Xəzər Lənkəran”a keçməyə razıdır
“Azərbaycanda olduğu müddətdə Con Toşakla görüşməmişəm. O, “Xəzər Lənkəran”da işinə yeni başlayıb və nəticəni zaman göstərəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in makedoniyalı futbolçusu Slavço Georgiyevski deyib.

Təcrübəli yarımmüdafiəçinin Makedoniya yığmasında rəhbərliyi altında oynamaq nəsib olmadığı Con Toşakla ölkəmizdə yolları kəsişməyi mümkündür. Hər halda, uelsli mütəxəssis “Xəzər Lənkəran”ı növbəti mövsümdə yenidən quracaq və bu zaman makedoniyalı futbolçunu sərəncamında görə bilər.

Elə Georgiyevskinin sözlərinə görə, bunun gerçəkləşməyinə pis baxmazdı: “Mən Makedoniya yığmasında sonuncu oyunumu 2011-ci ilin avqustunda Azərbaycan yığmasına qarşı keçirdim. Toşak bundan sonra Makedoniya yığmasının baş məşqçisi postunda işinə başladı ki, mən həmin vaxt kənarda idim. Mənə millidə onunla birgə işləmək nəsib olmadı. Görək klub səviyyəsində necə olacaq. Heç kim sabah nə olacağını deyə bilməz. Toşak yaxşı mütəxəssisdir, ona komanda düzəltmək üçün vaxt lazımdır”.

Mehman SÜLEYMANOV