“Bakı”ya lazım olmadı, II liqaya getdi
09.04.2013 - 15:16
“Bakı”ya lazım olmadı, II liqaya getdi
“Bakı” klubunun sabiq futbolçusu Nenad Kovaçeviç özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, bu qış komandadan kənarlaşdırılan müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

Yanvarın əvvəlindən klub axtarışında olan serbiyalı Aradın UTA komandasında çıxış edəcək. Futbolçu yeni klubuna kömək etmək iqtidarında olduğunu açıqlayıb: “Düzdür, “Bakı”dan ayrılandan sonrakı 4 ayda rəsmi matça çıxmamışam. Lakin 32 yaşında kifayət qədər təcrübəyə malikəm. “Srvena Zvezda”da qazandığın təcrübə arxa xətdə yenə başarılı olmağıma imkan verir. Bundan başqa Azərbaycan çempionatında da çıxış etmişəm. Düşünürəm ki, UTA-ya kömək edə bilərəm”.

Qeyd edək ki, Nenadın yeni komandası Rumıniyanın II liqasında çıxış edir. Kovaçeviç Topaz Premyer liqasının cari mövsümündə 11 oyun keçirib.