“Rəvan”ın futbolçusu 4 oyunluq cəzalandı
09.04.2013 - 15:51
AFFA “Sumqayıt” klubunu cərimələyib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın İntizam Komitəsinin iclasında komandanın Topaz Premyer Liqasının son turunda “Rəvan”la səfər matçında futbolçularının sarı vərəqə almağına baxıb. Belə ki, “Sumqayıt” həmin oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəməli olacaq.
Bu komandaların əvəzedici heyətlərinin oyununda isə ən ağır cəza olub. Belə ki, “Rəvan”ın futbolçusu Orxan Orucov hakimi təhqir edərək birbaşa vərəqə aldığı üçün 4 oyunluq cəzaya və klubu 2000 manatlıq cəriməyə məruz qalıb. Orxan qurumun bu gün keçirilən iclasında ən ağır cəzalanan futbolçulardan biri olub.
Mənbə: affa.az

0
0