Daşkəndə hansı veteran futbolçularımız gedəcək?
09.04.2013 - 15:56
“Daşkəndə daha təcrübəli heyətlə yollanacağıq”. Bunu apasport.az saytına açıqlamasında Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev deyib.
Veteran futbolçularımız ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü ilə aprelin 25-də Daşkəndə yollanacaq. Orda ayın 27-də yerli veteranlarla özəl matç keçiriləcək. Komanda oyundan 2 gün sonra Bakıya qayıdıb mayın 1-də əcnəbi veteranlardan ibarət yığma ilə oyuna hazırlaşacaq.
Artıq Daşkəndə veteran millimizdən kimlərin də gedəcəyinə böyük ölçüdə aydınlıq gəlib. Oqtay Abdullayevin sözlərinə görə, ora daha təcrübəli heyətlə yollanacaqlar: “Səfir Hüseyn Quliyev yaxınlarda bura gəlməlidir. Gərək ona deyim ki, gələndə özbəklərin bizə qarşı mübarizə aparacağı heyətin siyahısını da gətirsin. Bizim ora gedəcəyimiz heyətə isə böyük ölçüdə aydınlıq gəlib. Mən, Səməd Qurbanov, Asim Xudiyev, Asif Əliyev, Maşallah Əhmədov və İsgəndər Cavadovun ora gedəcəyi dəqiqləşib. Qalanlarının da adlarına yaxın günlərdə aydınlıq gələcək”.
Səbuhi TOFİQOĞLU

0
0