“Xəzər Lənkəran” “Turan”la oyuna hazırlığa başladı - FOTOSESSİYA
09.04.2013 - 16:24
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının növbəti turunda “Turan”la səfər oyununun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, dünən Bakıdan Lənkərana yola düşən komanda bazasında qısa müddətli istirahətdən sonra axşam saatlarında “Kəpəz”lə keçirilən matçın bərpa məşqini edib.
Bu gün isə “Xəzər Lənkəran” Con Toşakın rəhbərliyi altında səhər məşqini Lənkəran Olimpiya Kompleksinin meydançasında keçirib. Futbolçular 1 saat 10 dəqiqə davam edən hazırlıqla məşqçilər korpusunun tapşırıqlarına əsasən müxtəlif taktiki çalışmaları yerinə yetirib. Lənkəranlılar sabah da gün ərzində iki məşq keçirərək, aprelin 11-də səhər məşqindən sonra Bakıya yola düşəcək. Hazırda komandanın heyətində zədəli futbolçu yoxdur və futbolçular daha bir səfər qələbəsi qazanmaq istəyi ilə məşqlərdə səylə çalışırlar.
Qeyd edək ki, Toşak Lənkəran klubunda ilk qələbəsini ötən tur “Kəpəz”lə oyunda qazandığı “Dalğa Arena”da bu dəfə “Turan”ın qonağı olacaq.
Mənbə: lankaranfc.com

0
0