Andrey Arşavindən yeni xəbər
09.04.2013 - 16:34
Andrey Arşavindən yeni xəbər
Rusiya yığmasının sabiq kapitanı Andrey Arşavin gözlənilməz qərara gəlib. Apasport.az saytının məlumatına görə, adı Azərbaycan klubu ətrafında hallandırılan hücumçu karyerasını bitirməyi düşünür. Böyük Britaniya mətbuatı Andreyin cari mövsümdən sonra bunu edəcəyini açıqlayıb.

Mayda londonlularla müqaviləsi bitəcək və azad agent statusu qazanacaq futbolçunun 32 yaşı tamam olacaq. Britaniyalı həmkarlarımız iddia edir ki, Arşavinə heç bir klubdan təklif daxil olmayıb. Hərçənd, yeni klubla müqavilə şərtlərini nəzərdən keçirməyə hazırdır.

“Arsenal” isə uzun müddətdir ehtiyatda saxladığı legionerinə yeni anlaşma təklif etmək niyyətində deyil. Buna görə də oynamamaqdan yorulan Andrey karyerasını davam etdirməklə bağlı layiqli variantların olacağına inamını itirib. Futboldan məyus olan rusiyalı idmandan getməyi ciddi götür-qoy edir.

Qeyd edək ki, Arşavinin adı daha çox “Xəzər Lənkəran” ətrafında hallandırılsa da, klubun fəxri prezidenti Mübariz Mənsimov saytımıza müsahibəsində bunu boş iddia adlandırmışdı.