Bakıya gəlməyi mümkün olan futbolçulara ömürlük cəza verildi
09.04.2013 - 18:07
Bakıya gəlməyi mümkün olan futbolçulara ömürlük cəza verildi
Malta Futbol Assosiasiyası 4 oyunçunu ömürlük cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qurum yüksək liqada çıxış edən, milliyə namizədlər olan Qatean Spiteri, Culian Briffa, Cermeyn Brinkat və sonuncunun futzalda oynayan, yığma üzvü olan qardaşı Krisi danışılmış oyunlarının təşkilində cəhdə görə ağır cəzalandırıb.

Belə ki onlar rəqiblərinin almağa çalışıb. Bu, Spiteri ilə Briffanın ötən il “Slima”nın futbolçusunu “Hamrun Spartans”la oyun öncəsi təklifi ilə olub. Ancaq adı açıqlanmayan həmin futbolçu 1:1 hesabı ilə nəticələnən oyunda buna razı olmayıb. Brinkat qardaşları isə Malta aşağı liqasında oyun danışmaqla bağlı istəklərinə çatmayıb.


Qeyd edək ki, Malta yığması bu ilin avqustunda millimizlə Bakıda yoldaşlıq görüşü keçirəcək.