“Rəvan” hazırlıqlara başladı
09.04.2013 - 19:33
“Rəvan” hazırlıqlara başladı
“Rəvan” aprelin 7-də Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Sumqayıt”ı məğlub edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, oyundan sonra futbolçular 1 günlük istirahətə buraxılmışdı. Bu gün komanda üzvləri yenidən bir araya gəlib və növbəti oyuna hazırlığa start verilib.

Belə ki, “Bayıl-Arena”da bu gün üçün nəzərdə tutulan yeganə məşqə bütün futbolçular çıxıb. Təxminən 2 saat davam edən hazırlıqda baş məşqçi Ramil Əliyevin tapşırığı əsasında əvvəlcə fiziki təmrinlər yerinə yetirən oyunçular məşqin böyük hissəsini toplu çalışmalara ayırıb.