Abışov “Çelsi”yə qarşı matçdan əvvəl “Rubin”in heyətində məşq etdi - VİDEO
09.04.2013 - 21:03
Abışov “Çelsi”yə qarşı matçdan əvvəl “Rubin”in heyətində məşq etdi - VİDEO
“Rubin” Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Çelsi” ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi qarşılaşma üçün Moskvaya getməmişdən əvvəl doğma meydanda məşq edib.

Tatarıstan klubunun şərəfini qoruyan Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov da komandasının heyətində hazırlıqlarda iştirak edib.

Qeyd edək ki, “Rubin” – “Çelsi” oyunu aprelin 11-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.