Tyaqu Mendiş: Biz “Bakı”ya çox qol vurmaq istəmədik - MÜSAHİBƏ
01.05.2013 - 10:39
Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Tyaqu Mendiş “Bakı” ilə dünən keçirilmiş oyundan sonra jurnalistlərin suallarını cavablayıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı Portuqaliya yığmasının sabiq futbolçusu öncə ümumi fikirlərini bildirib.
- Hər iki komanda üçün yaxşı oyun keçdi. Qalib gəldiyimizə görə çox sevinirəm. Bu gün İspaniya və Azərbaycan futbolu arasında böyük fərq var. Bu təcrübədən Azərbaycan futbolu yararlanaraq inkişaf edəcək.
- İlk yarıda “Atletiko” hücuma keçərkən yan xətt hakiminin dəfələrlə ofsayd qərarı ilə üzləşdiniz. Sizcə, verilən qərarlar doğru idi?
- Hakimlikdən şikayətlənmirik. Çünki bu, bir bayram əhval-ruhiyyəsində keçirilən oyundur. Biz bura hakimlikdən şikayətlənməyə gəlməmişik. Ancaq oyunda dəqiqədə bir ofsayd qərarı verilməsi tempi öldürürdü...
- Azərbaycanlı futbolçulardan diqqətinizi çəkən oldu?
- Hücumçu və oyun qurucusunu fərqləndirərdim. Səhv etmirəmsə, pleymeykerinizin nömrəsi 11 idi (Elvin Məmmədovu nəzərdə tutur – S.T.).
- Azərbaycan futbolu neçə ilə İspaniya səviyyəsinə çata bilər?
- Bu elə şeydir ki, aşağı yaş qruplarından başlayaraq düzgün iş qurulmalıdır. İnkişaf gendən gələn bir şeydir. Aşağı yaş qrupunda işlər düzgün görülsə, əsas komandalarda da inkişaf öz sözünü deyəcək. Böyüklərdən birdən-birə nəticə gözləmək düzgün deyil.
- 3:0 bayram əhval-ruhiyyəli oyun üçün böyük hesablı nəticə deyil ki?
- Yox, yaxşı nəticədir (gülür).
- Rəhbərlikdən sizə “Bakı”ya az qol vurmaq tapşırığı verilməmişdi?
- (gülür) Biz sadəcə, “Bakı”ya çox qol vurmaq istəmədik.
- Bura gəlməzdən öncə Azərbaycan futbolu haqda nə bilirdiz?
- Bir dəfə oyununuza baxdım. O da Azərbaycanla Portuqaliya yığmasının Bakıdakı son görüşü idi. Matçı televizordan canlı izləmişdim. Həmin qarşılaşma bizimkilər üçün çox çətin keçmişdi. Yeri gəlmişkən, sizin hər birinizə çox təşəkkürümü bildirmək istəyirəm. Çünki siz burda olduğumuz müddətdə bizim üçün hər bir şəraiti yaratdız, öz qonaqpərvərliyinizi göstərdiz.
Səbuhi TOFİQOĞLU

0
0