Kamran Ağayev müdafiədə, Rüştü Rəcbər hücumda oynadı - FOTOSESSİYA
01.05.2013 - 13:13
Bakıda qonaq olan Türkiyə yığmasının baş məşqçisi Abdulla Avcı, ötənlərin məşhur futbolçuları Hakan Şükürlə Rüştü Rəcbər bu gün uşaqlarla futbol oynayıb. Apasport.az saytının məlumatına görə, millimizin baş məşqçisi Berti Foqts, köməkçisi Uli Ştayn, “Mançester Yunayted”in sabiq hücumçusu Duayt York öncə AFFA-nın Futbol Akademiyasının meydançasında top qovdular.
Ardından qonaqlar Səbael rayonu, Üzeyir Hacıbəyov, 45 ünvanında sintetik örtüklü meydançaya yollandılar. Orada məşhur futbolçulara millimizin kapitanı Rəşad Sadıqovla qapıçı Kamran Ağayev də qoşuldu. Burada qısa müddətlik də olsa bir matç keçirildi.
Üç qapıçı olduğundan “çərçivə” Ştayna tapşırıldı. Ağayev son müdafiəçi, Rəcbər isə irəlidə oynayırdı. Məşhurların uşaqlarla həvəslə oynadığı matçda Rüştü ilə Rəşad rəqib qapısına yol tapdılar. Öz növbəsində uşaqlar da Ştaynı topu tordan çıxartmağa məcbur etdilər.

0
0