Berti Foqts: Meydanda tanıdığımız “Atletiko” deyildi - MÜSAHİBƏ
01.05.2013 - 13:56
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Futbol “Bakcell” ilə” layihəsi zamanı brifinq keçirib. Apasport.az saytının məlumatına görə, ilk sualın birbaşa tədbirlə deyil, çempionatla bağlı olması almaniyalı mütəxəssisin xoşuna gəlməyib.
- Biz bura meydançanın açılışına gəlmişik. Amma sizin çempionatla bağlı sual verməyiniz məni çox təəssüfləndirir. Biz futbolçuların gələcəyi üçün belə bir imkanlar yaradırıq. Onlar yaxşı məşq keçə, futbol oynaya bilsinlər və uşaq vaxtlarından şərait yaradılmağı yaxşı haldır. Çox şadam ki, dövlət, AFFA tərəfindən uşaqlar üçün belə kiçik meydançalar tikilir. Mən də bura elə buna görə gəlmişəm.
- Biz bununla bağlı sualları AFFA prezidenti Rövnəq Abdullayevə verəcəyik...
- Çempionatda son həftələr bir neçə oyun izləmişəm. Maraqlısı da vardı, maraqsızı da. Onu deyə bilərəm ki, çempionluq son turlarda “Neftçi” ilə “Qarabağ” arasında həll olunacaq.
- “Bakı” ilə “Atletiko” arasında yoldaşlıq görüşünə stadiondan baxmaq imkanınız oldumu?
- Bəli, dünən stadionda idim.
- Oyunu necə dəyərləndirərdiniz?
- İlk hissəni qiymətləndirmək olar. İkinci hissədə “Bakı”nın heyətində meydanda gənc futbolçular vardı. Onlara şans verilmişdi. 90 dəqiqəni nəzərə alsaq, meydandakı İspaniya çempionatından tanıdığımız “Atletiko” deyildi. Ancaq ümumilikdə götürdükdə, böyük bir futbol bayramı idi. Bu, Azərbaycan üçün çox yaxşı bir reklamdı. Bütün futbol həvəskarları dünənki oyundan həzz aldılar. Fikrimcə, daha yaxşı futbolu dünən gec saatlarında “Real”la “Borussiya” arasında izlədik. Bu 2 oyun arasında fərq hiss olunurdu.
- Mayın 29-da Qətər yığması ilə yoldaşlıq görüşünü ölkə kubokunun finalçıları buraxacaqlar. Bu amil ardından Lüksemburqla rəsmi matç üçün müəyyənləşdirə biləcəyi taktiki sxemə əlavə problemlər yaratmayacaq?
- Sözsüz ki, kubokun finalı çox vacibdir. Buna görə “Neftçi” ilə “Xəzər Lənkəran”ın futbolçularını Qətərə apara bilmirik. Mən də futbolçu olmuşam, özüm üçün çempionatdan sonra kubok vacibdir.
- Yoldaşlıq görüşündə nəticə vacibdir?
- Dəvət Qətərdən gəlib, bütün xərcləri ödəyirlər. Bizim də millidə bir sıra futbolçular ki, çempionatda daim oyun təcrübələri yoxdur. Vaqif Cavadov, Bədavi Hüseynov, Əfran İsmayılov, Əli Gökdəmir, Rüfət Dadaşovu misal göstərmək olar. Yəni bu baxımdan yoldaşlıq görüşü bizim üçün vacibdir ki, həmin futbolçulara özlərini göstərmək üçün şans verək. İkinci vacib məsələ odur ki, Lüksemburqla oyunda Rauf Əliyevlə Vüqar Nadirov bizə kömək edə bilməyəcəklər. Hər ikisi cəzalıdır. Buna görə oyun başqa futbolçuları sınaqdan keçirmək üçün bir şansdır.
Mehman SÜLEYMANOV

0
0