Hakan Şükür: Azərbaycanda futbola böyük sərmayə yatırılır
01.05.2013 - 14:52
“Veteranlar arasındakı oyunun təşkilatçılarına təşəkkür edirəm. Futbol ölkənizdə çox sevilir. Üstəlik, futbola dövlət səviyyəsində edilən qayğını vurğulamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür deyib.
Hakan bu gün azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. “Qalatasaray”ın sabiq hücumçusu bu axşam “Bayıl Arena”da azərbaycanlı veteranlarla yoldaşlıq görüşündə meydana çıxacaq.
O, Bakıya səfərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olduğunu bildirib: “Onun məzarını ziyarət etdik, dualarımızı etdik. Hazırkı ölkə başçısı İlham Əliyev də öz diqqət və qayğısını əsirgəmir. Gördüyü işlərlə əlaqədar onu da təbrik edirəm. Bu gün ölkənizdə futbola böyük məbləğdə sərmayə yatırılır. Uşaqların futbola cəlb edilməsi, onlar üçün bu cür şəraitin yaradılması çox vacibdir”.
Bu gün start verilən yeni layihə haqda da fikirlərini bölüşən Şükür məhəllə futbolu çox vacib olduğunu bildirib: “Biz də ilk addımlarımızı küçə futbolunda atdıq, daha sonra peşəkar komandalara cəlb edildik. Burdakı uşaqlar gələcəkdə məşhur simalardan olacaq və ölkənizə fayda verəcəklər. Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etdi. Çox mükəmməl təşkilatçılıqla yadda qaldı və bütün dünyaya önəmli insan yetişdirə biləcəyini sübut etdi. Buranı öz ölkəmiz, məmləkətimiz kimi görürük”.

0
0