“Rəvan” hazırlıqlarını davam etdirir
01.05.2013 - 19:47
“Rəvan” hazırlıqlarını davam etdirir
“Rəvan” mayın 4-də Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda oyuna hazırlığı elə matçın keçiriləcəyi Bayıl stadionunda davam etdirir.

Gündə 1 dəfə olmaqla məşq edən “uçan aslanlar”da əsas diqqət toplu çalışmalara yönəldilib. Amma fiziki hazırlıq və qapıya zərbələr də yaddan çıxmır. Bu gün baş tutan hazırlıqda futbolçular “kvadrat” oynamaqla təzyiq altında topu özündə saxlamaq üzərində xüsusi çalışıb.

Qeyd edək ki, məşqdə Nikolay Orlovskidən başqa, hamı fəal iştirak edib. Moldovalı müdafiəçi zədəlidir və fərdi qaydada məşq edir. Onun “Sumqayıt”la görüşdə iştirakı da sual altındadır.