Aryen Robben: Biz inanılmaz oyun göstərdik
02.05.2013 - 06:12
“Biz inanılmaz oyun göstərdik və bu tarixə düşəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben deyib.
Hollandiyalı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Barselona”nı səfərdə 0:3 hesabı ilə məğlub etdib, finala keçmələrinə şərh verib: “Avropada son beş il ərzində üstün oyun nümayiş etdirən komandaya qarşı belə oynadıq. Ən vacib olan odur ki, biz komanda şəklində oynadıq. Yalnız hücumda deyil, həm də müdafiədə. Çox mütəşəkkil hərəkət edirik, tapşırıqları yerinə yetiririk, həm də hücum xəttində futbolçular səylə mübarizə aparır. Əgər nəyəsə nail olmağı, nəticəyə nail olmağı və yüksək səviyyəli yarışlarda qalib gəlməyi nəzərə alırsınızsa, onda bu komanda olmalıdır”.
Qeyd edək ki, Robben matçın 48-ci dəqiqəsində “Bavariya”nın ilk qolunu vurub.

0
0