Qurban Qurbanov: “Neftçi” bizə qalib gəlsə... - MÜSAHİBƏ
02.05.2013 - 10:43
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Azərbaycan və beynəlxalq veteranlar yığmasının yoldaşlıq görüşündə meydanda ən fəallardan biri idiniz. Oyun sizdə hansı təəssürat oyatdı?
- Əlbəttə, yaxşı oyun oldu. Matç çox xoşuma gəldi. Azarkeşlər dünya futbol ulduzlarını gördülər. Fikrimcə, bizim kimi siz də oyunu bəyəndiniz.
- Dünya ulduzlarından heç də geri qalmırdınız...
- Çox sağ olun. Hər halda, belə oyunda meydanda özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışdıq.
- Ancaq onu da nəzərə alaq ki 3:1 irəlidə olsanız da, qələbəni əldən verdiniz...
- Düzdür, qalib gələ bilərdik. Ancaq bu şansı əldən buraxdıq.
- Bəlkə yoldaşlıq görüşü olduğu üçün nəticə əvvəlcədən müəyyənləşdirilmişdi?
- Məncə, yox. Elə görüşün marağı da onda idi ki, hər şey oyuna görə oldu.
- Rəqibin heyətində ən çox xoşunuza gələn kim oldu?
- Sözsüz ki, York.
- Demək olar ki, bir çox indiki futbolçulardan geri qalmırdı...
- Əlbəttə, yaxşı formada idi. Ancaq meydandakı futbolçuların yaşına da baxmaq lazımdır. Böyük əksəriyyəti ağırdır, yaşı çoxdur.
- Qollara da fikir versək, oyunun taleyini sizin nəsil – 40-45 yaşlılar həll etdi...
- Buna öyrəşmək lazımdır. Bizdə çoxdandır belə oyunlar olmur və komanda demək olar son günlərdə yığışıb. Məsələn, mən bir neçə gündür komandayam. Yəqin, bundan sonra hər birimiz hər oyunda yaxşı formada olmalıyıq ki, belə matçlar olanda, özümüzü ən azından meydanda normal saxlaya bilək.
- Topu alanda, nədənsə mərkəz müdafiəçisi olan Kaxaber Sxadadzeyə tərəf meyl edirdiniz. Düşünmək olardı ki, “Qarabağ” “İnter”i keçən kimi Qurbanov Sxadadzeni keçib qol vurmaq istəyirdi?
- Yox. Sadəcə, onun mövqeyi elə idi ki, istər-istəməz hər bir futbolçunu ora yönləndirirdi. Özümü heç kimə göstərmək istəmirdim.
- Həftəsonu “Neftçi” ilə çox vacib oyuna çıxacaqsınız. Uduzsanız, rəqiblə xal fərqi 6 olacaq. Demək olarmı ki, məğlubiyyət sona 3 tur qalmış çempionluğun əldən getməsidir?
- Biz mütləq sona kimi mübarizə aparmalıyıq. Çünki futbolda hər bir nəticə mümkündür. Həqiqətən də bizim üçün vacib oyundur. Hər matç bizə bir pillə yuxarı deməkdir. Məğlub olsaq da, qalib gəlsək də, qalan matçlara ciddi yanaşmalıyıq.
- Qalib gəlsəniz şəxsi oyunlara görə “Neftçi”dən üstün olub, zirvəni ələ keçirəcəksiniz. Bu zaman hər şey “Qızıl oyun”a doğru gedəcək. Sizcə, futbolçu kimi “Qızıl oyun”da qalib gələn Qurban Qurbanov yenə belə matçın iştirakçısı olacaq?
- Hər oyunda düşünmədiyim nəticə ola bilər. Ən başlıcası matçlara ciddi hazırlaşmağımızdır.
- “Neftçi”dən kubokdakı məğlubiyyətə görə əvəz çıxmaq istəyirsiniz?
- Yox. Kuboku çempionata qatmaq lazım deyil. Çünki başqa-başqa turnirlərdir.
- Çempionatda hər 3 oyunda qalib gəlmisiniz. Bu, sizə psixoloji üstünlük yaradırmı?
- Hardasa ola bilər. Ancaq düşünürəm ki, “Neftçi” bizimlə oyuna daha ciddi hazırlaşacaq. Çünki çempionluğa böyük şansları var. Qalib gəlsələr, demək olar daha yaxşı vəziyyətdə olacaqlar, özlərini daha rahat hiss edəcəklər. Buna görə “Neftçi” – “Qarabağ” oyununun hamı üçün maraqlı olacağını düşünürəm.
Mehman SÜLEYMANOV

0
0