Duayt York: Bakıya özümü göstərməyə gəlməmişdim - MÜSAHİBƏ
02.05.2013 - 12:47
Trinidad və Tobaqo milli komandasının və “Mançester Yunayted”in sabiq futbolçusu Duayt Yorkun apasport.az saytına müsahibəsi
- Veteran futbolçuların oyunu ilə bağlı nə deyə bilərsiz?
- Öncə onu qeyd etməliyəm ki, bu oyun çox əyləncəli keçdi. Bakıda olduğum üçün şadam. Mən bu cür oyunçularla bir meydanı paylaşdığıma görə çox məmnunluq duydum.
- Azərbaycanın veteranlar yığmasının baş məşqçisi Ağasəlim Mircavadov söyləyib ki, York hələ də formadadır və onu bizim klublardan birində oynamağa dəvət edərdim...
- Onun belə sözlər işlətməsi mənim üçün çox sevindiricidir. Ancaq xatırlatmalıyam ki, mən 1 ildən çoxdur peşəkar futbol oynamıram. Ona görə də formada deyiləm. Ancaq yenə də ona belə sözlərinə görə təşəkkürümü bildirirəm.
- Oyunun əvvəlində sanki qol vurmaq istəmirdiz, daha çox ötürmə verməyə üstünlük verirdiz. Ancaq ikinci yarıda daha çox qaçmağa, qapıya daha çox zərbə endirməyə başladız. Bunun səbəbi nə idi?
- Deməliyəm ki, mən futbolçu karyeram ərzində çoxlu qollar vurmuşam. Ona görə də bu oyuna qol vurub özümü göstərmək üçün gəlməmişdim. Daha çox qarşılaşmanın xarakterinə uyğun olaraq şou göstərmək, ötürmələr vermək istəyirdim. Ancaq ikinci hissədə hesabda geri düşdük. Bu üzdən daha ciddi oynamalıydıq. Belədə qol vurub hesabı tarazlaşdırmaq niyyətinə düşdüm.
- Bizim oyunçularımızdan hansını fərqləndirərdiz ki, həmin futbolçular “Mançester Yunayted”in veteranlardan ibarət komandasında çıxış edə bilər?
- Çox təəssüf ki, ad çəkə bilməyəcəm. Ancaq nömrəsini xatırlayıram, “10” nömrəli hücumçunuz (Vəli Qasımov-red.). O, “Mançester Yunayted”də oynaya bilər. Bir də kapitanınız (İsgəndər Cavadov-red.) çox yaxşı təsir bağışladı. Yəqin ki, cavanlığında çox yaxşı oynayıb ki, indi də diqqəti çəkir.
Səbuhi TOFİQOĞLU

0
0