Əli Gökdəmir: Ola bilər ki, “Fortuna”ya qarşı oynayım
03.05.2013 - 18:53
“Dünəndən etibarən “Hannover 96”nın əsas komandasında məşqlərə başladım. Həkimlər hələ oynamağıma icazə vermir”. Bunu apasport.az saytına açıqlamasında milli komandamızın və “Hannover 96”nın futbolçusu Əli Gökdəmir deyib.
Yaxınlarda klubu ilə 2 illik müqavilə bağlayan Gökdəmir artıq zədəsini tam sağaldıb. Ötən əsrin əvvəllərində Azərbaycandan Türkiyəyə, daha sonra isə Almaniyaya köçənlərdən olan Əli baş məşqçi Mirko Slomkanın ona növbəti mövsümkü oyunlarda Bundesliqada şans verəcəyini bildirib: “Slomka dedi ki, səni qarşıdakı oyunlarda meydana buraxmaq istərdim. Ancaq zədədən yeni qayıtdığım üçün həkimlər oynamağımı riskli hesab edir. Bundesliqada “Maynts 05”, “Bayer” və “Fortuna” ilə oyunlarımız qalıb. Ola bilər ki, “Fortuna”ya qarşı oynayım. Ancaq ikinci komandada oynamaqdan söhbət gedə bilməz. Mən artıq əsas komandanın üzvüyəm”.
Qeyd edək ki, Əli Gökdəmir uzun müddətdən sonra yığmaya da qayıdıb. Ona millinin Qətər və Lüksemburqla görüşləri üçün dəvət gəlib.
Səbuhi TOFİQOĞLU

0
0