“Turan”ın aqibəti heç kimi maraqlandırmır”
03.05.2013 - 19:39
“Turan”ın aqibəti heç kimi maraqlandırmır”
“Mənə elə gəlir ki, “Turan”ın aqibəti heç kimi maraqlandırmır”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Turan”ın baş məşqçisi Əfqan Talıbova məxsusdur.

O, Topaz Premyer Liqasının XXIX turunda AZAL-a 0:2 hesablı məğlubiyyəti dəyərləndirib: “Hər mövsüm belə olur. Hər bir komandanın əsas üstünlüyü doğma meydanda oynamasıdır. Biz isə bundan məhrumuq. Futbolçuların fiziki gücü yoxdur, oyuna normal hazırlaşa bilmirik. AZAL azlıqda qalsa da, 5 dəfə əks-hücumda qapımıza qol vura bilərdi. Vəziyyətimiz çətindir, lakin sonadək mübarizə aparacağıq”.

Mənbə: pfl.az
0