Aleksandr Çertoqanov “Qəbələ”dən qovuldu
06.05.2013 - 23:04
“Qəbələ” 2012/13 mövsümü başa çatmamış heyətində islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Aleksandr Çertoqanovla yollarını ayırıb.
Son 2 mövsümdə komandanın şərəfini qoruyan yarımmüdafiəçi bundan sonra “Qəbələ”yə lazım olmayacaq. Buna səbəb Çertoqanovun gözlənilən oyunu sərgiləməməsi, üstəlik, meydanda intizamsızlığı ilə seçilməsidir.
Belə ki, Aleksandr cari mövsümdə Topaz Premyer Liqasında hamıdan çox – 3 dəfə qırmızı vərəqə almaqla antirekord müəyyənləşdirib. “Qəbələ” karyerası 52 matçdan ibarət olan orta sahə oyunçusu bu müddətdə 4 dəfə meydandan qovulub.
Qeyd edək ki, yarımmüdafiəçi 52 oyunda 3 qol vurub və 3 dəfə komandanı meydana kapitan kimi çıxarıb.

0
0