Avroliqanın finalçısının 9 oyunluq qələbə seriyası qırıldı
07.05.2013 - 02:16
Avropa Liqasının yarımfinal mərhələsində “Fənərbaxça”nı məğlub edib, finalda “Çelsi” ilə qarşılaşacaq olan “Benfika”nın Portuqaliya çempionatında qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ölkə birinciliyinin XXVIII turu çərçivəsində evində “Eştoril”lə qarşılaşan Lissabon təmsilçisi rəqibi ilə 1:1 hesablı bərabərə qalıb və 9 oyundan sonra xal itirib.
İlk hissədə fərqlənə bilməyən tərəflər fasiləyə qolsuz heç-heçə ilə yollanıb. İkinci hissəyə isə qonaqlar daha yaxşı başlayıb və 58-ci dəqiqədə Cefferson Nasimentu hesabı açıb. Qoldan 10 dəqiqə sonra isə Maksimilyano Pereyra komandasına 1 xal qazandırıb.
Beləliklə, 28 oyundan 74 xal toplayan “Benfika” çempionatın başa çatmasına 2 tur qlmış işini çətinləşdirib. Çünki Avroliqanın finalçısının ən yaxın izləyicisi “Portu”nun aktivində 72 xal var.
Qeyd edək ki, mayın 12-də “Benfika” sonuncu turda səfərdə “Porto”nun qonağı olacaq.

0
0