Yuri Syomin: Bakıya uçmuram
07.05.2013 - 13:22
Tanınmış rusiyalı mütəxəssis Yuri Syomin “Qəbələ”nin baş məşqçisi təyin olunacağı ilə bağlı xəbərlərə reaksiya verib. Apasport.az saytının məlumatına görə, 66 yaşlı çalışdırıcı karyerasını Azərbaycanda davam etdirməsinə ətraflı şərh verməkdən boyun qaçırıb.
Ötən ilin sentyabrından işsiz olan Syomin Rusiyanın İTAR-TASS agentliyinə açıqlamasında qısa danışmaqla kifayətlənib: “Hazırda Moskvadayam, Bakıya uçmuram”.
Qeyd edək ki, Syomin gələn aydan “Qəbələ”nin baş məşqçisi kimi fəaliyyətə başlamalıdır.

0
0