“Syomin “Qəbələ”yə cavab vermək üçün vaxt istəyib”
07.05.2013 - 15:17
“Syomin “Qəbələ”yə cavab vermək üçün vaxt istəyib”
“Həqiqətən Azərbaycanın “Qəbələ” klubu Syominə təklif göndərib. Ancaq Yuri Pavloviç fikirləşmək üçün vaxt istəyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı məşqçi Yuri Syominin agenti Dmitri Selyuk deyib.

“İzvestiya” nəşrinə müsahibə verən Selyuk mütəxəssisin “Qəbələ”dən aldığı təklifi təsdiqləyib: “Məsələ ondadır ki, indi ona müxtəlif klublardan təkliflər daxil olub. Hər şeyi ağılla-başla dəyərləndirmək üçün vaxt lazımdır. Özü də “Qəbələ” rəhbərliyinin bu addımını qiymətləndirmək lazımdır. Onlar mövsüm bitməsini gözləməyərək, əvvəldən Syominə maraqlarının olduğunu göstərdilər. Azərbaycanda futbol həqiqətən də sürətlə inkişaf edir və maliyyələşmə də yüksək səviyyədədir. Bu, aparıcı mütəxəssislərimiz üçün çox yaxşı iş yeridir. Axı onlara Rusiya və Ukraynadan başqa heç yerdə tələbat yoxdur”.

Agentin sözlərinə görə, Syomini məşhurlaşdığı “Lokomotiv”dən aldığı təklif də cəlb edir: “Görək sonda Syomin hansı qərarı qəbul edəcək. Ancaq istənilən halda, onun istirahət üçün vaxtı yetərincə çox olub. İndi yenidən döyüşə atılır. Digər tərəfdən Syomin yenidən “Lokomotiv”də işləməyin əleyhinə deyil”.