“Audi Cup” turnirinin iştirakçıları müəyyənləşdi
07.05.2013 - 20:42
2009-cu ildən ənənəvi olaraq Münhenin “Alyans Arena” stadionunda keçirilən “Audi Cup” turnirinin builki iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirdə “Bavariya” ilə yanaşı İtaliya “Milan”ı, İngiltərə “Mançester Siti”si və Braziliya “San-Paulo”su mübarizə aparacaq.
Yarış həmişə olduğu kimi, 2 gün davam edəcək. İyulun 31-də başlayacaq turnir avqustun 1-də başa çatacaq.
Qeyd edək ki, “Audi Cup” turnirinin ilk oyunu 2009-cu ildə avtomobil şirkətinin yüzilliyinin şərəfinə təşkil edilib. Həmin il “Bavariya” yarışın qalibi olub. Sonuncu dəfə 2011-ci ildə isə “Barselona” çempion adını qazanıb.

0
0