Antonio Kassano “Latsio”ya qarşı forma geyinməyəcək
07.05.2013 - 22:18
Antonio Kassano “Latsio”ya qarşı forma geyinməyəcək
“İnter”in hücumçusu Antonio Kassano İtaliya A seriyasının XXXVI turu çərçivəsində “Latsio” ilə oyunun sifariş ərizəsinə daxil edilməyib. Apasport.az saytının məlumatına görə, buna onun dizindəki zədə səbəb olub.

Çünki italiyalı futbolçu zədəsi ilə əlaqədar olaraq 4 həftə yaşıl meydanlardan uzaq qalıb. Kassano bir neçə gün bundan əvvəl komandası ilə birgə məşqlərə başlasa da, Milan klubunun baş məşqçisi Andre Stramaççoni onun fiziki hazırlığının hələ də yüksək olmadığını bildirir.

Qeyd edək ki, Antonio cari mövsümdə A seriyasının 27 matçında forma geyinib və rəqib qapılarından 8 top keçirib.