Yarım milyonluq Leoni niyə qayıtmadı?
07.05.2013 - 23:00
"Neftçi" inamla çempionluğa doğru irəliləyir. Ola bilər ki, elə bu tur növbəti dəfə qızıl medalları özü üçün təmin etsin. Premyer Liqadakı rəqabətin səviyyəsini isə elə məhz paytaxt klubunun titulunu bu qədər asanlıqla özündə saxlaması şübhə altına salır.
Kimin nə deməsindən asılı olmayaraq, "Neftçi" layiqli çempion olacaq. Hakim qalmaqalları, flaqmana olan rəğbət və s. amillər artıq heç kimin yadına düşməyəcək. Çünki bütün bunları kölgədə saxlaya biləcək bir reallıq var: "Neftçi"nin heyəti bütün rəqibləri ilə müqayisədə daha güclüdü, legionerlərin ustalıq səviyyəsi digərləri ilə qarşılaşdıranda hətta müqayisəolunmazdı.
"Neftçi"də vəziyyət elədi ki, komandanı çempion edən Arif Əsədovu asanlıqla istefaya göndərib yerinə Böyükağa Hacıyevi gətirirlər və komanda yenə dayanmır. Hətta "Qarabağ"la son oyundan öncə klub prezidenti məşqçilərin tapşırığını lazımsız bilib paltardəyişmə otağında futbolçulara "bu qədər mükafat verəcəm, çıxın, mənə görə bu oyunu udun" deyir. Nəticədə futbolçular rəqiblə müqayisədə daha zəif oynadıqları matçı məhz usta futbolçularının sayəsində qalib bitirir, Nikolas Kanales 100 faizli şansları qaçıran Vaqif Cavadovdan fərqli, heç nədən qollar vurur və qızıl medalın taleyinə faktiki aydınlıq gətirir.
Ancaq "Neftçi" adına uğursuz olan faktlar da var. Təsəvvür edin ki, "Neftçi" növbəti çempionluğa doğru bir qapıçıyla - ötənmövsümkü, eləcə də Avropa Liqasındakı səhvlərinə baxmayaraq, rəqibsiz qalan Saşa Stamenkoviçlə gedir. Düzdü, onun əvəzedicisi var. Gəl ki, Emil Balayev nəinki əsas oyunlarda, hətta yoxlama görüşlərində belə güvənilməyən birisidi. Bu amil isə serb qolkiperə o qədər sərbəstlik verib ki, istənilən hoqqadan çıxa bilir.
Təkcə "Qarabağ"la ölkə kubokunun yarımfinal mərhələsindəki cavab matçını xatırlamaq kifayətdi. Həmin matçda 2:1 hesabıyla öndə olan "Neftçi" son dəqiqələrdə məhz Saşanın hədiyyəsi üzündən heç-heçəyə razılaşdı. Topla yersiz artıq davranış onu itirməsinə və Emeka Oparanın bərabərlik qolunu vurmasına səbəb oldu. Sözügedən epizoda çoxları ciddi önəm vermədi, baş məşqçi Böyükağa Hacıyev bunu Stamenkoviçin rəqabətsizlikdən doğan arxayınçılığı ilə əlaqələndirib onu para cəzasına məruz qoyacağını bildirdi. Ancaq bu, heç də yalnız onun qeyri-sabit oyunçu olmasıyla bağlı deyildi. Burada nəsə səbəb var idi. Lazım olanda hətta ən ümidsiz topları belə çıxaran Saşa niyə birdən-birə top buraxmaq fikrinə düşdü?
"Neftçi"də qapıçılarla işləyən məşqçi serbiyalıdır və serblərin yaxşı peşəkarlar olması sirr deyil. Ancaq Serbiyadan gələnlər mütəmadi olaraq bukmeker kontorlarına da baş çəkir. Məhz belə olduğunu iddia etmirəm, ancaq bəlkə də elə bilərəkdən top buraxılması məhz buna hesablanmışdı? Hər halda, “Neftçi” ilə bağlılığı olan sabiq serbiyalı qapıçı Vladimir Miçoviçlə Stamenkoviçin Bakının mərkəzində şərikli açdıqları kafe var və ora yalnız ölkəmizdə çıxış edən voleybolçu, futbolçu serblər yığışır. Bəlkə, bəlkə, bəlkə...
Bu, işin şayiə və təsdiqlənməyən tərəfidi. Ancaq fakt odu ki, "Neftçi"nin qapıçı dərdi var. Bəs, Saşaya niyə rəqib tapılmadı? Deyəcəksiz ki, bakılıların iştirak ərizəsində Conni Leoni də var. O zaman növbəti sual gəlir: hanı o?
Leoni qış fasiləsində məhz Saşayla rəqabət yaratmaq üçün gətirilmişdi. İsveçrə millisinin sabiq qapıçısı Kiprin "Omoniya" klubundan transfer edilmişdi. 1984-cü ildə anadan olmuş Leoni "Syon"un yetirməsidi və o, 2001-2003-cü illər aralığında bu komandada 30 oyuna çıxıb. Lakin qapıçının "Sürix" karyerası daha uğurlu olub. Leoni 2003-2012-ci illər aralığında bu komandada 158 oyun keçirib. 2012-ci ildə isə Kipr klubuna keçib. Hazırda onun kiprlilərlə müqaviləsi var.
Qeyri-rəsmi məlumatlara görə, yarım milyon dollara transfer edildiyi deyilən qolkiper "Neftçi"dən 1 oyun belə keçirmədən ayrıldı, vətəninə getdi, sonra oradan gələ bilmədiyini açıqladı. Əvvəl viza məsələsi bəhanə edildi, daha sonra valideynlərinin xəstə olduğu açıqlandı. Yekun nəticəsi isə birdi: qayıtmadı. İnanın ki, başqa vaxt olsaydı, "Neftçi" onu siçan deşiyindən dartıb çıxarar, FİFA-nı, UEFA-nı qarışdırıb istədiyinə nail olardı. Bəs, nədir bu müəmmanın sirri? Görəsən, "Neftçi" nəyə görə yarım milyon xərclədiyi əcnəbini bu qədər rahat əldən verdi?
Yenə də əldə etdiyimiz etibarlı mənbənin məlumatına əsaslanacağıq. Doğrusu, "Neftçi"nin bu işdə bu qədər sakit davranması da hardasa ehtimalları təsdiqləyir. Deyilənlərə görə, Leoni üçün ayrılan 500 min dolların 1/5 hissəsi ona verilib. Leoni isə vətəninə getdikdən sonra qalan məbləğdən imtina edib və geri qayıtmayacağını açıqlayıb. "Neftçi" onu geri qaytarsa, qalan məbləği də verməlidi, ancaq indiki halda onun üçün əlavə xərc çəkmədən mövsümü Saşa ilə yola vermək olar. Bunu düşünən klub rəsmiləri də büdcədən çıxan pulu dağıtmamaq üçün Conninin qayıdışında israr etməyiblər. Daha qalan 400 min büdcəyə qaytarılıb, ya yox - bax, bunu bilənlər bilməlidi.
Bu transferi kim gerçəkləşdirib, hər şeyin belə alınmasına görə kim cavabdehdi? Elə bu məsələ də klub daxilində həll olunmalıdı. Ancaq fakt odu ki, yarım milyonluq Leoni "Neftçi"yə yarım dəqiqə xeyir vermədən getdi. Onun geri qaytarılmasında maraqlı olmayan "Neftçi" mövsümü bir qapıçıyla tamamlayaraq riskə getdi, 400 min qabağa düşdü. Ancaq həmin 400 minə klubun qənaət etdiyinə inanan varmı?
Ümumiyyətlə, "Neftçi"nin qapıçı dərdi təzə deyil. Çempionlar Liqasının təsnifat mərhələsinin oyununda İsraildə "Hapoel"ə uduzandan sonra əsas qapıçı Rauf Mehdiyevi qovan rəhbərlik indiyə kimi ona layiqli əvəzedici tapa bilmir. Həmin vaxt əvəzedici olan Saşa Stamenkoviç elə o gündən rəqibsizdi. Ölkə çempionatında "Rəvan"a məğlubiyyətdən (0:2) sonra bu məsələ klubu bir-birinə vurmuşdu. Ardıcıl bir neçə uğursuz oyundan sonra Stamenkoviçə rəqib axtaran rəhbərlik qolkiper arayışına çıxmışdı.
Həmin vaxt Həcc ziyarətində olan Sadıq Sadıqovun birbaşa ölkə xaricindən verdiyi göstərişə əsasən qapıçı axtarışına başlanmışdı. Mövsümün qızğın vaxtında səviyyəli oyunçu tapmaq asan deyildi. Ölkədə beləsi yox idi, xaricdən gələn isə mütləq azad agent olmalıydı. Belədə ortaya Artur Moraeş variantı çıxmışdı (Sport Ekspress).
"Benfika"nın əvəzedici qapıçısı olan portuqaliyalı həmin vaxt işsiz idi. İndi hətta "Barselona"da Viktor Valdesə əvəzləyici kimi göstərilən, Lissabon klubunda arabir meydana çıxan qolkiper Portuqaliya yığmasına da namizəd idi və İtaliya, İngiltərə klublarında çıxış etmişdi. Ancaq təsadüfdən məhz həmin vaxt işsiz idi və yaya kimi oynamağa yer axtarırdı. O zaman "Neftçi"yə səviyyəsinə görə olduqca ucuz, cəmi 300 min dollara gəlməyə razılıq verən Artur hətta Bakıda da olmuşdu. Amma klub daxilində süründürməçilik, bir həftə burada saxlanılmasın baxmayaraq, müqavilənin reallaşmamağı onu bezdirdi və geri qayıtdı. Sadıq Sadıqov isə nədənsə bu işlə məşğul olanlardan hesabat tələb etmədi. Niyə bezdirildi? Çünki Moraes konkret danışığa gələn yaxşı qapıçı idi, İsveçrə yığmasında cəmi bir oyun keçirən Leoni kimi yaxşı "tikə" deyildi.
"Neftçi" ardıcıl 3-cü çempionluğa gedir. Xeyirli olsun. Ancaq işə belə münasibətlə avrokuboklarda xeyirli nəsə görmürəm.
Təki Hacıyevin məşqçi dühası məni aldatsın.

0
0