AFFA daha bir meydançanı istifadəyə verdi - FOTOSESSİYA
08.05.2013 - 16:23
AFFA-nın və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi ilə Sumqayıt şəhərindəki sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində süni örtüklü futbol meydançası istifadəyə verilib. Apasport.az saytının məlumatına görə, açılış mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, Sumqayıtın veteran futbolçuları - Telman Salahov, Tofiq Rzayev, Nazim Süleymanov, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, Şimal Regional Futbol Federasiyasının rəhbəri Yaşar Şamilov və başqaları iştirak edib.
Yeni meydançada topa ilk zərbəni Babayev vurub. Ardından oyun keçirilib və qonaqlara şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.
Mənbə: affa.az
Yeni meydançada topa ilk zərbəni Babayev vurub. Ardından oyun keçirilib və qonaqlara şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.
Mənbə: affa.az
0
0