London derbisində qalib müəyyənləşmədi
09.05.2013 - 02:10
İngiltərə Premyer Liqasında XXXIII turdan təxirə salınan oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Çelsi” “Stemford Bric”də “Tottenhem”i qəbul edib.
Maraqlı keçən London derbisində qalib müəyyənləşməyib.
Oyna yaxşı başlayan “zadəganlar” 11-ci dəqiqədə Oskarla hesabı açıb. Qoldan 15 dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Emmanuel Adebayor fərqlənib. Buna baxmayaraq Ramires “Çelsi”ni 39-cu dəqiqədə yenidən hesabda önə çıxarıb. Fasiləyə üstün yollanan meydan sahibləri oyunun başa çatmasına 10 dəqiqə qalmış “Tottenhem”in növbəti topunun qarşısını ala bilməyib. Status-kvonu Qilfi Siqurdsson bərpa edib - 2:2.
Beləliklə, “Çelsi” 36 oyundan sonra 69 xalla 3-cü, “Tottenhem” isə 66 xalla turnir cədvəlinin 5-ci pilləsində qaralaşıb.
İngiltərə Premyer Liqası
XXXIII turun oyunları
8 may
“Çelsi” – “Tottenhem” - 2:2
Oskar, 11, Ramires, 39 – Adebayor, 26, Siqurdsson, 80

0
0