Madrid klublarından biri evdə, biri səfərdə sevindi
09.05.2013 - 03:15
İspaniya La Liqasında növbəti turlardan irəli çəkilmiş – XXXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Madrid klubları “Atletiko” səfərdə, “Real” isə evdə qarşılaşıb.
“Kral klubu” il gümüş medallar uğrunda mübarizə aparan Dieqo Simeonenin yetirmələri “Selta”nın qonağı olub. Görüşdə “Atletiko” inamlı qələbə qazanıb - 1:3.
“Real” isə “Santyaqo Bernabeu” stadionunda “Malaqa” ilə münasibətlərinə aydınlıq gətirib. Bu matçda isə meydan sahibləri rəqibini 6:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu iki oyunun daha tez keçirilməsinin səbəbləri var. Belə ki, “Real” və “Atletiko” mayın 17-də Kral kubokunun finalında qarşılaşacaqlar.
İspaniya La Liqası
XXXVI tur
8 may
“Selta” – “Atletiko” – 1:3
Fernandes, 84 – D.Kosta, 47, Xuanfran, 66, Falkao, 86
“Real – “Malaqa” – 6:2
Albiol, 3, Ronaldo, 26, Özil, 34, Benzema, 45, Modriç, 63, Di Mariya, 90 – Krus, 15, Antuneş, 36

0
0