Erik Abidal karyerasını başa vurmaq istəmir
09.05.2013 - 05:38
Uzun müddətdir qaraciyərinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşıl meydanlardan uzaq qalan “Barselona”nın müdafiəçisi Erik Abidalın agenti David Venditell fransalı futbolçunun gələcək karyerası ilə bağlı maraqlı fikrilər səsləndirib. Apasport.az saytının məlumatına görə, agent təcrübəli oyunçunun karyerasını başa vurmaq istəmədiyini bildirib.
O, Kataloniya təmsilçinin həqiqətən Abidala klubun səfiri olmaq təklifini etdiklərini vurğulayıb: “Bəli, “Barselona” həqiqətən Abidala klubun səfiri olmaq təklifini etdi. Ancaq o, futbol oynamaq istəyir. Əməliyyatdan sonra Erik tamamilə bərpa oldu və öz gücünü əminlik hiss edir”.
Qeyd edək ki, ötən ilin aprel ayında Abidalın qaraciyəri dəyişdirilib. Lakin bütün çətinliklərə baxmayaraq, Erik komandasının heyətinə geri qayıdıb. Bir müddət əvvəl isə “Barsa”nın onunla yenidən müqavilə imzalamaq istəməməsi informasiya yayılıb.

0
0