XXIX turun rəmzi komandası
09.05.2013 - 18:43
XXIX turun rəmzi komandası
Topaz Premyer Liqasında XXIX turun rəmzi komandası müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Instat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən Topaz Premyer Liqasında ötən turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib.

Qapıçı: Saşa Stamenkoviç (Neftçi)

Müdafiəçilər: İlia Kandelaki (İnter); Alvaro Silva (Xəzər Lənkəran); Elvin Yunuszadə (Neftçi); Ruslan Əmircanov, (İnter)

Yarımmüdafiəçilər: Ruslan Qurbanov (Sumqayıt); Taner Taktak (Sumqayıt); Nicat Qurbanov (Simurq); Taqim Novruzov (AZAL)

Hücumçular: Can Akgün (Sumqayıt); Junior Nildo (AZAL)

Turun ən yaxşı oyunçusu isə “Sumqayıt” klubunun hücumçusu Ruslan Qurbanov olub.

Ötürmələrdə ən dəqiq olan isə “Turan” komandasıdır. Əyalət təmsilçisinin oyunboyu ötürmələrindəki dəqiqlik 85% təşkil edib.

“Kəpəz”in futbolçuları isə hamıdan çox – 6 dəfə oyundan kənar vəziyyətə düşüb.

Ən çox top itkisinə yol verən komanda “Qarabağ”, ən çox top ələ keçirən komanda isə “Xəzər Lənkəran” olub.

Müdafiədə ən uğurlu oyunu “Neftçi” göstərib.

“Qəbələ” turun ən çox qayda pozuntusuna yol verən komandasıdır.
Rəqib qapısına topla ən çox zərbə endirən futbolçu “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovdur.

Ötürmələrdə isə “Turan”dan Dmitri Pospelov və “Rəvan”dan Şəhriyar Rəhimov yüksək göstərici – hər biri 90% dəqiqlik göstərib.

Hava mübarizələrində “Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silva hamıdan üstün olub. İspaniyalı müdafiəçi hava mübarizələrinin 80%-də rəqiblərini üstələyib.

Alvaro Silvanın komanda yoldaşı Sadio Tounkara isə ən çox driblinq edən futbolçudur.
0