“Mançester Yunayted”də işləmək şərəfdir”
10.05.2013 - 01:22
“Mançester Yunayted”də işləmək şərəfdir”
“Mançester Yunayted”in dəvəti mənim üçün böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Everton”un hazırkı baş məşqçisi Devid Moyes deyib.

O, “Mançester Yunayted”in əfsanəvi məşqçisi Aleks Ferqyussonun varisi olmasını şərəf hesab edir: “Bu klubda işləmək böyük qururdu. Aleksin məni bu işə məsləhət görməsi, məni çox şad etdi. Feqyussona böyük hörmətim var. Bilirəm ki, burada işləmək çətin olacaq. Çünki onun komandaya etdikləri göz qabağındadır. Mən növbəti mövsüm bu postu tutacağam üçün səbirsizlənirəm”.
0