Qiqqz və Skoulz Devid Moyesin köməkçiləri ola bilər
10.05.2013 - 02:01
Qiqqz və Skoulz Devid Moyesin köməkçiləri ola bilər
Devid Moyesin “Mançester Yunayted”ə təyinatından sonra özü ilə komandaya “Everton”dan futbolçu gətirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, şotlandiyalı çalışdırıcı Liverpul təmsilçisindən sol cinah müdafiəçisi Leyton Beynsi transfer etməyi düşünür.

“Daily Mirror” iddia edir ki, İngiltərə millisinin 28 yaşlı üzvünün keçidi 15 milyon funt-sterlinq dəyərində olacaq.

Bundan başqa, Moyes hazırkı çempionların məşqçi qərargahına “Everton”un müdafiəçisi və kapitanı Fil Nevilli dəvət edə bilər. Həmçinin 50 yaşlı mütəxəssisin potensial köməkçilərinin arasında “qırmızı şeytanlar”ın veteran yarımmüdafiəçiləri Pol Skoulzla Rayan Qiqqzin də olması gözlənilir.

Qeyd edək ki, Devid Moyes “Mançester Yunayted”də öz vəzifəsinə rəsmi olaraq iyulun 1-də başlayacaq.