“Neftçi”nin uğurlu seriyası qırıldı
10.05.2013 - 08:20
“Neftçi”nin uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, “Simurq”la çempionat oyunlarında qələbələri sıralayan paytaxt təmsilçisi Topaz Premyer Liqasının XXX turunda bu seriyanı davam etdirə bilməyib.
Qələbə qazanacağı halda çempion titulunu sona 2 tur qalmış əldə edəcək Böyükağa Hacıyevin yetirmələri ardıcıl 7 matçda məğlub etdiyi “Simurq”la bacarmayıb – 1:1. 2009-cu il dekabrın 26-da Zaqatalada qolsuz heç-heçəyə üzülən “ağ-qaralar” 1230 gün idi rəqibinə xal vermirdi. Bu müddətdə 7 dəfə qalib gələn “Neftçi” ümumilikdə 18:4 hesabı ilə üstün olmuşdu.

0
0