“Kəpəz” bütün legionerlərdən imtina edir
10.05.2013 - 15:00
“Pirkulı Saparovla Rahimberdı Baltayevi göndərməyimizə səbəb hər 2 futbolçunun zədədən əziyyət çəkməsi idi. Birinin dizindən, digərinin isə ayağından zədəsi vardı. Əməliyyat olunmalı idilər deyə, onlarla yollarımızı vaxtından erkən ayırdıq”. Bunu apasport.az saytına “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Hazırda komandanın növbəti mövsümdən aşağı dəstədə mübarizə aparacağı dəqiqləşib. Bu üzdən “Kəpəz”in planlarına müəyyən ölçüdə aydınlıq gəlməlidir.
Ancaq Mahmud Qurbanovun sözlərinə görə, hələ hər şeyə aydınlıq gəlməyib: “Öz işim hələ qaranlıqdır. Çünki klub rəhbərliyinin kim olacağı, onun da hansı məşqçi ilə işləmək istəyəcəyi bilinmir. Bütün bunlara mövsüm başa çatdıqdan sonra aydınlıq gələcək. Yalnız onu deyə bilərəm ki, futbolçularımızın hamısının müqaviləsi bu ayın sonunda başa çatır. Bizdə dekabra kimi müqaviləsi olan yoxdur. Bütün legionerlərlə yollarımızı ayıracağıq. Çünki onlar I dəstədə oynayası deyillər ki? Yerlilərdən də kim komandada qalmaq istəsə, onları saxlamağa çalışacağıq”.
Bu gün həm də Mahmud Qurbanovun ad günüdür. Yubiley - 40 yaşını qeyd edən “professor”un bu haqda fikirləri belə oldu: “Çox təəssüf ki, ad günüm “Kəpəz”in pis vaxtına düşdü. Ancaq üzülmək olmaz. Əsas odur ki, bu işlərin sonu yaxşı olsun”.
Səbuhi TOFİQOĞLU

0
0