Millimiz İrana uduzub, qrup ikincisi oldu
12.05.2013 - 16:03
Millimiz İrana uduzub, qrup ikincisi oldu
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız qrupdakı son oyununu İrana qarşı keçirib.

Görüşdə millimiz rəqibinə 2:0 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra komandamız 6 xalla qrup ikincisi olub. İran isə 7 xalla qrup lideriyini özünə təmin edib.

Qeyd edək ki, yığmamız qrupda ilk matçını Gürcüstana qarşı keçirib və rəqibini 2:1 hesabı ilə üstələyib. İkinci görüşündə isə Braziliyanın “Botafoqo” klubunu 2:0 hesabı ilə məğlub edib.
0