“İnter” Zaqatalada məşqə çıxdı
13.05.2013 - 21:33
Sabah Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Simurq”la qarşılaşacaq olan “İnter” artıq Zaqataladadır. Apasport.az saytının məlumatına görə, bu şəhərə gələndən dərhal sonra “bankirlər” Zaqatala Olimpiya Kompleksinin stadionunda məşqə çıxıb.
Çalışmalara isinmə hərəkətləri ilə start verən futbolçular daha sonra topla məşq ediblər. Topla müxtəlif hərəkətlərdən sonra məşq başa çatıb.
Qeyd edək ki, “Simurq” – “İnter” matçı sabah saat 17.30-da başlayacaq.

0
0