Roberto Mançini “Mançester Siti”dən qovuldu
14.05.2013 - 03:02
“Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Roberto Mançini ilə yollarını ayırıb. Apasport.az-ın məlumatına görə, “zadəganlar” bu haqda klubun rəsmi internet saytında bildiriblər.
“Mançester Siti” rəhbərliyi italiyalı çalışdırıcını qovduqdan sonra komandanı müvəqqəti olaraq köməkçi məşqçi Brayan Kiddə tapşırıblar. 2017-ci ilə qədər Mançester təmsilçisi ilə müqaviləsi olan Robertonun klubdan alacağı 7 milyon funt-sterlinqi ödəniləcək.
Qeyd edək ki, ingilis klubu Mançininin rəhbərliyi altında ölkə kubokunu (2010/11), Premyer Liqanı (2011/2012) və İngiltərə Superkubokunu (2012) qazanıb. O, “Mançester Siti”ni isə 2009-cu ildən çalışdırır.

0
0