Ramin Musayev: “Xəzər Lənkəran” hardan bilir ki...
14.05.2013 - 11:32
“Azərbaycan Superkuboku uğrunda görüş 2013-cü ildə istənilən halda baş tutacaq”. Bunu Lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Reqlamentə əsasən, Superkubok matçı Avropa kuboklarında mübarizənin başlanmasına bir həftə qalmış çempionla kubokun qalibi arasında keçirilməlidir. Klublarımız qitə miqyaslı turnirlərdə mübarizəyə iyulun 4-də başlayacaqlarından, bu görüş iyunun 27-də olmalıdır. Hələlik nə Azərbaycan çempionu, nə də ölkə kubokunun sahibi müəyyənləşib. Amma kubokun finalında “Neftçi”nin “Xəzər Lənkəran”la qarşılaşacağı dəqiqdir. Flaqman çox yaxın olduğu çempionluğunu rəsmiləşdirsə, Superkubok uğrunda görüşdə Lənkəran təmsilçisi ilə üz-üzə gələcək. Çünki “Neftçi” “Xəzər Lənkəran”la final görüşünə çempion statusunda çıxacaq. Bu halda, cənublular uduzsa belə, Superkubok uğrunda görüşdə də eyni rəqiblə üz-üzə gəlməlidirlər. Lakin Lənkəran klubu indidən bəyan edib ki, komanda üzvləri iyunun sonlarında xarici ölkədə təlim-məşq toplantısında olacaq və bu səbəbdən, Avropa Liqasındakı ilk görüşdən bir həftə öncə Superkubok matçına çıxmaları mümkünsüzdür.
Musayev isə deyib: “Əvvəla, “Xəzər Lənkəran” hardan bilir ki, Superkubok oyununun iştirakçılarından biri olacaq? Yalnız “Neftçi”nin çempionluğu rəsmiləşdikdən sonra Lənkəran klubu bu barədə danışa bilər. Əlbəttə, biz Avropa kuboklarında iştirak edəcək klublarımıza lazımi şəraiti yaradacağıq. Amma kubokun sahibi Avroliqada ilk oyununu səfərdə keçirsə, Superkubok matçı başqa tarixə keçiriləcək. Əks halda, matç nəzərdə tutulduğu vaxtda baş tutacaq. Fikrimcə, qitə miqyaslı turnir öncəsi Superkubok matçında iştirak etmək komandalarımızın özü üçün də oyun təcrübəsi baxımından yaxşı fürsət olar. Bütün hallarda Superkubok matçını bu il mütləq keçirəcəyik”.
Qeyd edək ki, Topaz Premyer Liqasının qalibi Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu mərhələdə ilk oyunlar 16-17 iyula təsadüf edəcək. Azərbaycan Superkubokunun qalibi 100 min manat, məğlub komanda isə 50 min manat mükafata sahib olacaq. “Neftçi” bu gün “Qəbələ” səfərindən ən azı heç-heçə ilə ayrılsa, ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirəcək. Flaqman həm “Qəbələ”yə, həm də son turda “Bakı”ya uduzsa, “Qarabağ” isə qalan oyunlarının hər ikisini qələbə ilə başa vursa, çempion Ağdam təmsilçisi olacaq. Bu halda Superkubok qarşılaşmasında “Qarabağ”ın rəqibi “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək ölkə kubokunun final matçının qalibi olacaq. Finalda “Xəzər Lənkəran” uduzsa, iyunun sonlarında oynamaq istəmədiyi Superkubok görüşündən avtomatik kənarda qala bilər.

0
0