Bolqarıstan yığmasının Bakıya gələcəyi tarix bəlli oldu
15.05.2013 - 10:33
29 may – 5 iyun tarixləri arasında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək “III Caspian Cup” beynəlxalq turnirinin iştirakçılardan birinin ölkəmizə gəlmə tarixi bəlli olub. Apasport.az saytının məlumatına görə, Pireney yarımadasında səfərdə olan Bolqarıstan U-16-sı dünən Portuqaliya ilə yoldaşlıq oyunu keçirib və 0:3 hesabı ilə məğlub olub.
Baş məşqçi Petar Pençevin yetirmələri mayın 16-sı İspaniya ilə qarşılaşacaq. Ertəsi gün Sofiyaya qayıdacaq komanda 10 gündən sonra, yəni ayın 27-də turnirdə iştirak etmək üçün Bakıya gələcək. Bakıya gələndək isə Sliven şəhərində mayın 17-dən 25-dək toplanışda olacaq U-16 yığmamızla yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bolqarlar turnirdə B qrupunda yarışacaq. Slavyanların rəqibi Qazaxıstan və Gürcüstan yığmalarıdır. Qrupdakı matçlarını Mərdəkandakı “Dalğa Arena”da keçirəcək Bolqarıstanın ilk oyun günündəki rəqibi qazaxlarla olacaq ki, bu da saat 20:00-da başlayacaq.

0
0