Berti Foqts: “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram
15.05.2013 - 16:34
Berti Foqts: “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram
“Artıq əksər çempionatlar finiş xəttinə yaxınlaşmaqdadır və bir sıra ölkələrdə çempion komandalar müəyyənləşib”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis affa.az saytına açıqlamasında Topaz Premyer Liqasının XXXI turu çərçivəsində baş tutan “Qəbələ” – “Neftçi” oyunundan sonra çempionun müəyyənləşməsinə münasibət bildirib.

Foqts 1:1 hesabı yekunlaşan qarşılaşmadan sonra çempionatın sonuna 1 tur qalmış ardıcıl üçüncü dəfə çempion olan “Neftçi”ni təbrik edib: “Dünən “Qəbələ” ilə səfər oyununda vacib 1 xalı əldə edən “Neftçi” növbəti dəfə Azərbaycan çempionu adını qazandı. Sona bir tur qalmış çempionluğunu rəsmiləşdirən "Neftçi" ardıcıl üçüncü dəfə bu nailiyyətə imza atmaqla son illərdə sabit çıxış etdiyini, qazanılan nəticələrin təsadüfi olmadığını bir daha sübuta yetirdi. Klubun rəhbərliyini, məşqçi heyətini, futbolçularını və azarkeşlərini növbəti çempionluq münasibətilə təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar arzulayıram”.
0