“Çelsi” ölkəsini 2-ci pilləyə yüksəltdi
16.05.2013 - 04:40
“Çelsi” ölkəsini 2-ci pilləyə yüksəltdi
Avropa Liqasının finalında “Benfika” üzərində qələbə (2:1) qazanıb, çempion olan “Çelsi” ingilis klubları arasında bu turnirə sahib olan 4-cü komanda ünvanına yiyələnib. Apasport.az saytının məlumatına görə, daha öncə köhnə adı ilə desək, UEFA kubokunu İngiltərə təmsilçilərindən “Liverpul” 3 dəfə, “Tottenhem” 2 dəfə və “İpsviç” isə 1 dəfə qazanıb.

Həmçinin ingilislər kubok tarixində ən çox qazanan (7) ölkələr arasında 2-ci pilləyə yüksəlib. Onlarla bərabər ispan komandaları da 7 dəfə bu zəfərin sevincini yaşayıblar. Siyahının ilk sırasında isə İtaliya qərarlaşıb – 9 dəfə.

Ən çox Avropa Liqasını (UEFA kuboku) qazanan ölkələr:

1. İtaliya - 9
2. İngiltərə 7
3. İspaniya - 7
4. Almaniya - 6
5. Hollandiya - 4