Frenk Lempard müqaviləsi ilə bağlı danışdı
16.05.2013 - 06:40
Frenk Lempard müqaviləsi ilə bağlı danışdı
“Bu gün bizim üçün çox ağır gün oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin yarımmüdafiəçisi Frenk Lempard deyib.

İngiltərə milli komandasının üzvü Avropa Liqasının finalında “Benfika”nı 2:1 hesabı ilə məğlub edib, kuboka sahib olmalarını dəyərləndirib: “Çətin mövsüm keçirdik. Bununla belə, komanda hər dəfə qələbə qazanaraq, öz iradəsini göstərir. İvanoviçin qoluna gəldik də isə komandada heç kəs bunu bacara bilməzdi. Branislav rəqibi cəzalandırdı və layiq olduğumuz kuboka sahib olduq”.

Həmçinin “zadəganlar”ın təcrübəli futbolçusu klubu ilə müqaviləsinin müddətinin uzadılmasına da toxunub: “Ümid edirəm ki, növbəti mövsümü də “Çelsi”də başlayacağam. Biz hələ yeni müqavilə haqqında danışmamışıq, amma mən buna bel bağlayıram. Hər şey yaxşı olacaq”.