“Xəzər Lənkəran” tək məşqlə kifayətləndi
16.05.2013 - 11:27
Topaz Premyer Liqası çərçivəsində “Sumqayıt”la son səfər oyunu sonrası istirahətə buraxılan “Xəzər Lənkəran” dünən doğma şəhərə gəlib. Apasport.az saytının məlumatına görə, kiçik istirahətdən sonra bərpa məşqinə çıxan komanda bu gün günün yeganə səhər hazırlığını da ehtiyat meydançada keçirib.
Sabah isə “Xəzər Lənkəran” gün ərzində iki dəfə məşqə çıxaraq “Rəvan”la mövsümün son ev matçı üçün hazırlığını davam etdirəcək. Hazırda zədəli futbolçuların tez bir zamanda sıraya qayıtması üçün komandanın tibbi korpusu səylərini əsirgəmir.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Rəvan” oyunu mayın 20-də keçiriləcək. Lənkəran şəhər stadionundakı qarşılaşmanın başlanma saatı 19:00-dır.
Mənbə: lankaranfc.com

0
0