Makedoniya önünə 22 futbolçu ilə
16.05.2013 - 14:29
Makedoniya önünə 22 futbolçu ilə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Makedoniya yığması ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarında 22 futbolçu iştirak edəcək.

Yığmamız AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da baş tutacaq oyun ərəfəsində mayın 27-dən iyunun 8-ə qədər Bakıda təlim-məşq toplanışı keçəcək. Toplanışa ölkə xaricində çıxış edən 3 legioner də cəlb edilib: Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev, Kərim Diniyev, Emil Balayev (hamısı "Neftçi"), Hacı Əhmədov, Tural İsgəndərov (hər ikisi "Qarabağ"), Şəhriyar Əliyev, Nurlan Novruzov (hər ikisi "Bakı"), Amit Quluzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ"), Murad Ağayev, Slavik Alxasov (hər ikisi "Sumqayıt"), Rəşad Eyyubov, Nicat Qurbanov (hər ikisi "Simurq"), Orxan Sadıqlı ("Xəzər Lənkəran"), Abdulla Abasiyev ("İnter"), Andrey Popoviç ("Turan"), Ruslan Tağızadə (AZAL), Taşkın İlter ("Ayntraxt”, Braunşveyq, Almaniya), Fatih Şanlı ("Berqiş Qladbax”, Almaniya), Timur Təməltaş ("Kayzerslautern", Almaniya).

Qeyd edək ki, "Neftçi" və "Xəzər Lənkəran" klublarının futbolçuları (Mirhüseyn Seyidov, Tərlan Quliyev, Elvin Yunuszadə, Kərim Diniyev, Emil Balayev, Orxan Sadıqlı) U-21-in düşərgəsinə mayın 29-da, Azərbaycan kubokunun finalında sonra qoşulacaq.

Mənbə: affa.az
0