Devid Bekhem futbolçu karyerasını başa vurdu
16.05.2013 - 20:48
Dünya futbolunun canlı əfsanələrindən olan Devid Bekhem futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, son klubu PSJ 38 yaşlı oyunçu ilə daha bir ilik müqavilə imzalamaq istəsə də, İngiltərə millisinin sabiq kapitanı futbol oynamaq istəmədiyini bildirib.
Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan yeganə ingilis futbolçusudur.
Qeyd edək ki, Bekhem peşəkar futbolçu karyerasına “Mançester Yunayted”də (1993–2003, 265 oyun, 62 qol) başlayıb. Bir müddət “Preston Nort End”də top qovan ulduz oyunçu (1994–1995, 5 oyun, 2 qol), daha sonra “Real”ın (2003–2007, 116 oyun, 13 qol), “Los Anceles Qalaksi”nin (2007–2012, 115 oyun, 18 qol), “Milan”ın (2009-2010, 29 oyun, 2 qol) və PSJ-nin (2013, 9 oyun) formasını geyinib.

0
0