“İnter”in hücumçusunun məşqdə əli sındı
17.05.2013 - 06:07
“İnter” növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, heyətində bir neçə zədəli futbolçu olan Milan klubunun hücumçusu Antonio Kassano məşq zamanı əlini sındırıb.
Zədəsini yenicə bərpa etmiş 30 yaşlı futbolçu ötən gün keçirilən məşq zamanı yıxılaraq əlini qırıb.
Bununla da, Kassano mövsümün qalan görüşlərini buraxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, cari mövsümdə İtaliya milli komandasının hücumçusu A seriyasında 28 matçda forma geyinib və rəqib qapılarında 8 top keçirib. Bundan başqa, Antonio 23 oyunda meydana start heyətdə çıxıb.

0
0