Nildo “Xəzər Lənkəran”dan çox vurub!
17.05.2013 - 15:02
“Xəzər Lənkəran”ın qarşıdakı mövsüm üçün transfer etdiyi hücumçu Junior Nildo “ağ-yaşıllar”ın ön xəttindəki zəifliyi aradan qaldırmalıdı. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner Topaz Premyer Liqasının final mərhələsində yeni komandasından çox qol vurub.
Belə ki, AZAL-da oynayan Nildo ikinci “altılığ”ın arxada qalan 9 turunda 10 dəfə fərqlənib. Yalnız 2 matçda rəqib qapısına yol tapa bilməyən futbolçu 3 qarşılaşmada dubl edib. Digər 4 oyunun hər birində isə 1 dəfə fərqlənib.
Final mərhələsindəki orta məhsuldarlığı vahiddən çox olan braziliyalı yalnız XXIV və XXVIII turlarda meydanı qolsuz tərk edib. Hər 2 oyun da onun gələcək komandası – “Xəzər Lənkəran”a qarşı olub. Ümumiyyətlə, Nildo AZAL və cənubluların cari mövsüm baş tutan 4 görüşündə qola həsrət qalıb.
Yeri gəlmişkən, ikinci “altılıq”da çıxış edən “Xəzər Lənkəran” 9 turda cəmi 7 top vurub. Bu da Nildonun qollarından 3 top azdır.
Ümumiyyətlə, Nildo final mərhələsinin ən yaxşı bombardiridir. 10 qol vuran hücumçunun ən yaxın izləyicisi Juan Manuel Varea (Rəvan) 7 dəfə fərqlənib. Premyer Liqanın bombardiri Nikolas Kanales isə (Neftçi) həlledici mərhələdə cəmi 6 dəfə qol sevinci yaşayıb. Riçard Almeyda (Qarabağ) ilə Yuri Fomenko (İnter) hərəyə 5 qol vurmaqla, ikisi birlikdə Nildo qədər fərqlənib.

0
0