“Qəbələ” Levinlə münasibətlərini rəsmiləşdirdi
17.05.2013 - 15:13
“Qəbələ” Levinlə münasibətlərini rəsmiləşdirdi
“Qəbələ” bu gün Vladimir Levinlə münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ukraynalı futbolçu ilə müqavilə bağlanıb.

Öncədən məlum olduğu kimi, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanılıb. Levin “Qəbələ”də legioner sayılmayacaq. Çünki onda da milli pasportumuzdan var.

Qeyd edək ki, Levin 2005-ci ildən bu yana “İnter”də çıxış edir. Maraqlıdır ki, vaxtilə bir komandada – “İnter”də çıxış etmiş, onun həmyerlisi Aleksandr Çertoqanov isə “Qəbələ”dən vaxtından erkən ayrılıb.