“Atletiko” “Real”a qalib gəlib, Kral kubokuna sahib oldu
18.05.2013 - 02:15
“Atletiko” “Real”a qalib gəlib, Kral kubokuna sahib oldu
İspaniya Kral kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, finalda Madrid derbisi baş tutub.

“Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda paytaxtın əzəli rəqibləri – “Real” ilə “Atletiko” üz-üzə gəlib. Görüşdə Dieqo Simeonenin komandası 2:1 hesabı ilə qələbə qazanaraq, 10-cu dəfə İspaniya Kral kubokunun sahibi olub.

Matçda isə hesabı “Real” açıb. 14-cü dəqiqə portuqaliyalı hücumçu Kriştianu Ronaldo fərqlənib. 35-ci dəqiqədə hesabda bərabərlik yaranıb. Dieqo Kosta yerli azarkeşləri məyus edib. Matçın əsa vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyuna əlavə edilən dəqiqələrdə isə Juan Miranda “Atletiko”nun qələbə qoluna imza atıb.

Bununla da, Joze Mourinyonun yetirmələri mövsümü titulsuz başa vurub.

Qeyd edək ki, bu komandalar İspaniya Kral kubokunun finalında indiyə qədər 4 dəfə qarşılaşıblar. Bunlardan isə 3-də sevinən tərəf “Atletiko” olub. Hər üç kuboku da “Atletiko” “Real”ın “Santyaqo Bernabeu” stadionunda qazanıb. “Kral klubu” isə rəqibi qarşısında yeganə zəfərinə 1974-1975 mövsümündə “Atletiko”nun “Visente Kalderon” stadionunda yiyələnib.


İspaniya Kral kuboku
Final
17 may
“Real” - “Atletiko” – 1:2
Ronaldo, 14 – Kosta, 35, Miranda, 98
0